“Gürcüstan 2025-ci ildə Ukraynada müharibənin bitəcəyinə ümid edir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Ukraynada silahlı münaqişə davam etdiyi bir vaxtda Gürcüstanda terror aktları riski həmişə mövcud olacaq.
“Bizim hesablamalarımıza görə, Ukraynada müharibə ən geci gələn il bitməlidir. Slovakiyanın baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdləri ilə “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişviliyə qarşı təxribatın hazırlanması üslubu eynidir”, – deyə Kobaxidze vurgulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az