“ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün əvəzedilməsi üçün hazırlığa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Eurasiareview” saytı yayıb.
Ukrayna liderinin yol verdiyi səhvlərə görə belə bir addımın nəzərdə tutulduğu iddia edilir.
Sayt yazır ki, ABŞ Ukraynadakı konfliktin nizamlanması ilə bağlı nəticənin olmamasından narahatdır. Bununla bərabər, Vaşinqtonun V.Zelenskinin həm Rusiyaya, həm də digər rəqiblərə qarşı hansısa uğur əldə edəcəyinə şübhə ilə yanaşdığı vurğulanır.
“MKİ və Mİ-6 artıq bir neçə aydır Zelenskinin əvəz edilməsi ssenarisi üzərində düşünürlər. Bu barədə danışıqlar tez-tez olur”, – məlumatda qeyd edilir.
Sayta danışan MKİ-nin keçmiş müşaviri Larri Conson deyib ki, Rusiya ilə döyüşlərdəki vəziyyət dəyişməsə, Zelenskinin uzaqlaşdırılması gündəmə gələ bilər.
Əliyar Xəlil
Globalinfo.az














