669ff4b32a052669ff4b32a0531721758899669ff4b32a050669ff4b32a051

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, cümə günü, iyulun 26-da Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Globalinfo.az xəbər verir ki, Amerikanın keçmiş lideri bu barədə “Truth social” platformasında məlumat verib.

“Benyamin Netanyahunun xahişi ilə biz bu görüşü 26 iyul tarixinə, Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqoya keçirdik”, – Tramp vurğulayıb.

Paylaş: