Cənubi Koreya prezidentinin həyat yoldaşı Kim Keon Hee ona hədiyyə göndərilən çantaya görə 12 saat polis tərəfindən sorğulanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ölkənin birinci xanımının ona göndərilən bahalı hədiyyə çantaya görə sorğu-sual edildiyi bildirilir.
Məlumata görə, Kim Keon Hee 2022-ci ildə ABŞ-da yaşayan Koreya əsilli bir şəxsdən 3 milyon von (2900 dollar) dəyərində Dior markalı çanta və bir neçə bahalı hədiyyə alıb. Bu hədiyyələrin hansı səbəblə göndərildiyi isə məlum deyil.
Birinci xanımın köməkçisi onun hədiyyəni görən kimi dərhal rədd etdiyini və geri göndərilməsini tapşırdığını deyib. Lakin sonrakı müddətdə K.Keon Heenin çantanı istifadə etməsi polisin diqqətini çəkib.
Prezidentin həyat yoldaşının bundan öncə də bir sıra qeyri-qanuni maliyə məsələlərində adı hallanıb.
Ayşən Mustafa
Globalinfo.az