Fransanı NATO-dan çıxarmaq istəyirəm – Melanşon

Fransanı NATO-dan çıxarmaq istəyirəm - Melanşon

Tabe Olmayan Fransa Partiyasının təsisçisi Jan-Lyuk Melanşon ölkəsinin NATO-dan sistematik çıxışını dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bunu Melanşon “El Pais” qəzetinə müsahibəsində deyib.

O, NATO-nun müharibə məntiqini ehtiva etdiyini bildirib:

“Əgər mən Yelisey sarayında olsaydım, əlbəttə, sistematik və mütəşəkkil formada NATO-dan çıxarardım. Xüsusilə də müharibə vaxtı edərdim ki, buna qarışmayım”.

Qeyd edək ki, Melanşon solyönümlü siyasətçidir. Onun rəhbərlik etdiyi solçular parlament seçkisində səslərin böyük hissəsini toplayaraq, birinci yerdə qərarlaşıblar.

Əliyar Xəlil
Globalinfo.az