Bakıda yaşayış binasında yanğın: azyaşlı belə xilas edildi – FOTO/ VİDEO

Bakıda yaşayış binasında yanğın: azyaşlı belə xilas edildi - FOTO/ VİDEO

Xəbər verildiyi kimi, Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Bakıda yaşayış binasında yanğın: azyaşlı belə xilas edildi - FOTO/ VİDEO Bakıda yaşayış binasında yanğın: azyaşlı belə xilas edildi - FOTO/ VİDEO

Bakıda yaşayış binasında yanğın: azyaşlı belə xilas edildi - FOTO/ VİDEO

***

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Globalinfo.az-a FHN-dən xəbər verilib.

***

Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Globalinfo.az-a FHN-dən xəbər verilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.