Brüssel xarici düşməndən yox, öz dəyərlərindən uzaqlaşmaqdan daha çox qorxmalıdır.
Globalinfo.az xəbər verir ki, bu sözlər Macarıstan baş naziri Viktor Orbanın “Newsweek” jurnalı üçün yazdığı məqalədə yer alıb.
“Əgər onun xarici düşməni varsa, onun azca da olsa ağlı var, o, NATO-nun hansısa üzvünə hücum etməyə cəsarət etməyəcək. Əgər NATO əməkdaşlıq yerinə konflikt seçsə, o zaman intihar edəcək” – deyə o məqaləsində bildirib.
Orban NATO-nun artıq qırılma anına yaxınlaşdığını bildirib:
“Xatırlamalıyıq ki, dünyanın ən uğurlu hərbi alyansı sülh layihəsi kimi başlayıb və onun gələcək uğuru, sülhü dəstəkləmək qabiliyyətindən keçir. Lakin indi bütün dünyanın gündəmin müdafiə yox, müharibənin aparılması, yəni hücum var. Bütün bunlar NATO-nun əsas dəyərlərinə ziddir”.
Orban deyir ki, macarlar sovet əsarətindən qurtulduqdan sonra məhz bu dəyərlərinə görə NATO-ya üz tutub, amma indi Alyans onlar üçün təhlükəli olmağa başlayıb:
“Bu gün NATO-nun daxilində daha çox digər qlobal geosiyasi güc mərkəzləri ilə hərbi konfrontasiyanın qaçılmazlığından bəhs edilir. Belə qaçılmaz konfrontasiya anlayışı özü yerinə yetəcək kəhanət kimi görünür. Alyansın liderləri nə qədər çox konfliktin qaçılmazlığına inanırlarsa, bir o qədər də çox onların bu konfrontasiyanı sürətləndirməsində rolu çox olacaq.
Qeyd edək ki, Macarıstan baş naziri bundan öncə dəfələrlə Rusiya ilə əlaqələrin kəsilməsi və təcrid edilməsinə qarşı çıxıb. O, keçən həftə Moskva və Kiyevə müharibə ilə bağlı vəziyyətin öyrənilməsi üçün səfər edib, lakin onun bu səfəri Avropa Birliyi rəsmiləri tərəfindən tənqid olunub.
Tahir Turan
Globalinfo.az