Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb.
“Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, – o bildirib.
***
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.
İclasdan əvvəl XİN başçıları ailə fotosu çəkdirib.