48b341f8 c2b7 3910 ab99 526b5fc78082 850

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Paylaş: