Bakıda qadın özünü maşınların altına ataraq “pul qazanır?” – VİDEO

Bakıda sürücülərdən biri idarə etdiyi avtomobillə xanım piyadanı vurub.

Globalinfo.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

İddiaya görə, xanım özünü maşının altına ataraq, pul qarşılığında şikayətçi olmayacağını bildirib. Sürücü də ona 100 AZN verərək məsuliyyətə cəlb olunmaqdan yayınıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. Qurumun Mətbuat Xidmətindən baku.vs-ə bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılır və ətraflı məlumat veriləcək.