97e756ce162071d31c90148e102dd5fe

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov macar həmkarı Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Bu barədə Globalinfo.az-a MN-dən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

920c4a8cfd4640ebb6f1f7c6fdaaf308 86885db67a2547d02c18cd166d49f67f bbdc1d2eac7208f1b3da1dec83ab951d

Paylaş: