sel quba

Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, güclü yağıntılar nəticəsində adları çəkilən kəndlərin daxili yolları və onları birləşdirən körpülərə ziyan dəyib.

Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat 12:20 məlumatına əsasən, yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudyalçay, Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

XgDJzh3GyYeIa4PyS9PKcd8MnJMEAjItu4SzdtQw:640 Vc5LnOZhZIhpVPydi09qUPk0zceA4mnfGbHCKU6o:640 3o4vUXtcJS2c8NtfdQblTj8XArESarZ1S2wrSGWq:640 TFucYfE9y7QnD3EnyyNMhpk2w9bjGwGFlekTdk6I:640

Paylaş: