2024 06 05 000354354

“Ermənistanda hətta müxalifətin mitinqlərinə 100 mindən çox insan yığılsa belə, bu, hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Ovanes Avetisyan deyib.

“Hakimiyyət ölkədə bir neçə dayağa sahibdir. Bunlar polis, ordu, media, ictimai təşkilatlardır. Onların çoxu indiki hakimiyyəti dəstəkləyir. Hakimiyyətin dəyişməsi üçün hökumət bu dəstəklərin bir qismindən məhrum olmalıdır”, – o bildirib.

Avetisyan həmçinin indiki Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyənin də maraqlarına uyğun olduğunu deyib:

“Biz maraqların toqquşmasının kəsişməsində yerləşən kiçik ölkəyik. Böyük təsiri regional güclər edirlər. Nikol Paşinyan əvvəl heç vaxt Ermənistanda müşahidə olunmayan şeyə – Türkiyə və Azərbaycanın onun dayağı olmasına müvəffəq olub. Buna görə də müxalifətin addımları yetərli deyil. Ermənistanda hakimiyyət Paşinyan güclüdür deyə yox, müxalifət çox zəifdir deyə dəyişmir”.

Paylaş: