cinpin putin

Çin lideri Si Szinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında mayda keçirilən danışıqların detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, məlumatı “Financial Times” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, prezident seçiləndən sonra ilk Pekinə gələn Putinlə 3 məsələ müzakirə edilib: “Sibir Gücü 2” layihəsi, Ukrayna üçün təşkil edilən sülh konfransı və Çin banklarının Rusiyada aktivliyinin genişləndirilməsi.

Qəzet yazır ki, iki məsələdə Putinlə Szinpin razılaşa bilib, xüsusilə Çin Rusiyasız Ukrayna üçün sülh sammitində iştirak etməyəcəyini açıqlayıb. Lakin əsas narazılıq “Sibir gücü 2” layihəsi ilə bağlı olub. Narazılığa səbəb isə Çinin Rusiyadan bu kəmərlə gələcək qazın qiymətində endirim tələb etməsi olub, Putin buna razılaşmayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada müharibə başlatmasından sonra Moskvanın Çinlə münasibətləri sıxlaşıb. Moskva bu fonda həmçinin Qərbi Çinlə əməkdaşlığı gücləndirəcəyinə dair təhdid etməyə başlayıb. Moskvanın Pekinlə yaxınlığının həmçinin ölkədəki bəzi qrupların narazılığına səbəb olduğu vurğulanır. Onları narahat edən məqam Çinin Rusiyanın izolyasiyasından yararlanaraq Kremldə öz təsir gücünü artırması ehtimalıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: