prez 31 23

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz dövlətlərimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq forumlarda daha da inkişaf etdirmək imkanlarını alqışlayırıq.

Mən, həmçinin Sizə və hökumətinizə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə bağlı bütün hazırlıqlarınızda uğurlar arzulayıram.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.

Paylaş: