“Bu ölkələr gözləməyəcək, Ukraynaya qoşun göndərəcək” – İddia

"Bu ölkələr gözləməyəcək, Ukraynaya qoşun göndərəcək" - İddia
Ukrainian service members look for and collect unexploded shells after a fighting with Russian raiding group in the Ukrainian capital of Kyiv in the morning of February 26, 2022, according to Ukrainian service personnel at the scene. (Photo by Sergei SUPINSKY / AFP)

Baltikyanı ölkələrin parlamentariləri Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin pisləşəcəyi təqdirdə Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

“Ötən həftə Tallində keçirilən təhlükəsizlik konfransı zamanı Baltikyanı ölkələrin parlament üzvləri Berlin nümayəndələrini tənqid ediblər. Onların arqumenti belədir: Rusiya Ukraynanın şərqində strateji irəliləyiş əldə etsə, o zaman vəziyyət kəskin şəkildə pisləşə bilər. Siyasətçilər xəbərdarlıq ediblər ki, belə olan halda Baltikyanı ölkələr və Polşa rus qoşunlarının öz sərhədlərinə çatmasını gözləməyəcək, Ukraynaya qoşun göndərəcəklər”, – nəşr bildirib.