arifin

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Globalinfo.az bildirir ki, sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən Quliyevlə əlaqə saxlayıb.

O bildirib ki, anasının vəziyyəti daha da ağırlaşıb:

“Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar”, – deyə R.Quliyev qeyd edib.

Paylaş: