Aynur Kərimovaya vəzifə verildi

 

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

Globalinfo.az xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının  yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. Azərbaycan 2022-ci il “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.