putin in gizli plani desifre oldu 2030 yilina 15651439 5271 amp

“Rusiya Prezidenti Vladimir Putin Baltik dənizi üzərində dominantlığı əldə etmək istəyir. O, gözünü İsveçin Qotland adasına dikib”.

Globalinfo.az xəbər verir ki, bunu İsveç Silahlı Qüvvələrinin komandanı Mikael Büden deyib.

Komandan Rusiya prezidentinin məqsədinin Baltik dənizinə nəzarəti ələ keçirmək olduğu bildirib:

“Mən əminəm ki, Putinin gözü hazırda Qotlanddadır. Onun niyyəti Baltik dənizinə nəzarəti ələ keçirməkdir. Çünki Qotlanda nəzarət etmək Baltikə nəzarət deməkdir. Rusiya bunu bacararsa, NATO ölkələrini dənizdə təhdid edə bilər. Bu, Baltikyanı regionlarda sülh və sabitliyin sona çatması deməkdir”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: