rus cin abs

ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib ki, ABŞ-dakı seçkilərə təsir etmək istəyən xarici qüvvələrin, o cümlədən qeyri-dövlət aktorlarının sayı getdikcə artır. Onlar arasında Rusiya, Çin və İran xüsusi yer tutur.

Bu ölkələr seçkilərə təsir edə bilər? ABŞ-ın narahatlığına səbəb nədir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, ABŞ-da seçkilərə kənar müdaxilə cəhdləri hər seçki dönəmində geniş müzakirələrə səbəb olan məsələdir:

“Xüsusilə də, son üç seçkidə bu məsələ daima gündəmdə saxlanılmış, Rusiyanın və digər üçüncü, dördüncü tərəflərin müdaxiləsi ehtimalları xüsusi müzakirələrə çevrilmişdir. Ona görə də, ABŞ Milli Kəşfiyyatının direktorunun bu istiqamətdə olan bəyanatı növbəti seçkilərdə də eyni qalqamalların müşahidə edilə biləcəyinin göstəricisidir.

Adları qeyd olunan ölkələrin siyahısına nəzər yetirdikdə isə ABŞ-ın xarici siyasətində hədə olaraq qəbul edilən “rəqiblərin” adlarının qeyd olunduğu aydın şəkildə müşahidə edilir. Ümumiyyətlə, “bu ehtimal nə qədər mümkündür” sualı istənilən dövrdə kifayət qədər müzakirələrə səbəb olmuşdur. Bu da öz növbəsində bir daha sübut edir ki, qlobal sistemin əsas aktorları qarşılıqlı olaraq keçirilən seçki proseslərini yaxından izləyirlər və seçkilərə bütün müdaxilə imkanlarından mütləq şəkildə istifadə etməyə çalışaraq öz mənafelərinə uyğun namizədlərin qələbə qazanmasına cəhd edə bilərlər”.

Turan Rzayev 

Globalinfo.az

Paylaş: