1697807848 04e45df0 b0e8 3dea 9b4c 7079338e5ff7 850

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, bunun üçün Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 21 iyul tarixli 2022-ci il fərmanında dəyişiklik edib.

Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bunun üçün isə dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 26 may 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

 

Paylaş: