WhatsApp Image 2024 04 01 at 1.09.36 PM

Sahil Babayev və Sebastyan İoan Burduja Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar.

Globalinfo.az xəbər verir ki, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Sahil Babayev və Sebastyan-İoan Burduja Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparıldığını, imzalanan yeni sənədlərin də bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağına əminlik ifadə ediblər.

WhatsApp Image 2024 04 01 at 1.09.36 PM 1 WhatsApp Image 2024 04 01 at 1.09.35 PM WhatsApp Image 2024 04 01 at 1.09.36 PM 2

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: