saakasvili hebs

Rusiyada “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən ona görə vaxtından tez azad edilib ki, Gürcüstanda keçirilən seçkilər öncəsi gürcü cinayət dünyasının idarəçiliyi ona həvalə olunsun.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Həbsdə olan keçmiş prezident bu “qanuni oğru” tərəfindən öldürüləcəyini deyib:

“İstisna etmirəm ki, göstərişlərdən biri mənim həbsxanadakı məsələmin yekun həllidir”, – Saakaşvili açıqlamasında deyib.

Qeyd edək ki, kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan 70 yaşlı Zaxari Kalaşovun Rusiya məhkəməsi tərəfindən vaxtından əvvəl azadlığa buraxlacağı ilə bağlı məlumat yayılıb.

Paylaş: