IMG 20240312 WA0013

“ABŞ Rusiyada prezident seçkilərinə müdaxilə ilə bağlı planlarının olduğunu rədd edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın aparıcı İT mütəxəssisləri vasitəsilə elektron səsvermə sisteminə kiberhücumlar həyata keçirməyə çalışdığı haqda məlumat yayıb.

Bildirilir ki, ABŞ eyni zamanda müxtəlif internet resursları vasitəsilə Rusiya vətəndaşlarına təsir göstərir və onları seçkilərə məhəl qoymamağa çağırır.

Amma Ağ Ev rəsmisi yayılan bu xəbərləri qəti şəkildə təkzib edib. O bildirib ki, bütün bunlar Rusiyanın əks təbliğatından başqa bir şey deyil.

Xatırladaq ki, Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Rusiya Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün davam edəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: