6294d9f9 ab15 3e98 ad65 520e4ae6e89b 850

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub

Paylaş: