Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.

MEDİA-dan Globalinfo.az-a bildirilib ki, təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, təlim iştirakçılarının suallarını cavablandırıb.

Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

IMG 20221125 WA0028

IMG 20221125 WA0025 IMG 20221125 WA0027 IMG 20221125 WA0024 IMG 20221125 WA0022 IMG 20221125 WA0023 IMG 20221125 WA0021 IMG 20221125 WA0026 IMG 20221125 WA0020

 

Paylaş: