“Biz uğursuzluğa düçar olmuşuq, İran ABŞ-dan qorxmur”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qraham deyib.
“Əgər Suriya, İraq və Yəmənə hücumlarımızın məqsədi İranı çəkindirməkdirsə, biz uğursuzluğa düçar olmuşuq, çünki onlar bizdən qorxmurlar”, – senator bildirib.
Qeyd edək ki, İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücumdan sonra ABŞ və İran arasında gərginlik daha da artıb.
Əliyar Xəlil
Globalinfo.az