“Ukraynalılar ölkələri üçün döyüşmək istəmirsə, bəzi ərazilərindən imtina etməlidirlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri amerikalı köşə yazarı Monika Şoualter deyib.
“Bu halda Ukraynanı nə üçün maliyyələşdirməliyik? Şərqi Ukraynanın bir hissəsinin hələ də Rusiyanın tərkibində olmağa üstünlük verəcəyini nəzərə alsaq, Kreml ilə sülh danışıqları aparmaq, bəlkə də referendum keçirmək daha yaxşı olmazmı? Həmçinin Ukrayna hakimiyyəti ölkədə ABŞ mediasının nümayəndələrini həbs edir. Bu, Kiyevi maliyyələşdirməyi dayandırmaq üçün başqa səbəbdir”, – 0 bildirib.
Vaşinqtonun fikrincə, Ukrayna ordusu üçün bütün cəbhələrdə böyük hücum təşkil etmək çətin olacaq, ona görə də Kiyevdən 2024-cü ilin sonuna kimi yeni kampaniyalara hazırlaşmaq və cəbhənin müxtəlif istiqamətlərində Rusiyanın gələcək hücumlarını dəf etmək tələb olunur.
Safura Bənnayeva
Globalinfo.az