f284c7f0 65a9 4ab8 aca9 f65f6697d7ff

“Tayvan boğazında sülh və sabitliyin qorunması vacibdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Çek Sallivan fikir səsləndirib.

Çinin xarici işlər naziri Vanq Yi ilə söhbətində Sallivan iki ölkə arasında silahlı münaqişənin yolverilməz olduğunu diqqətə çatdırıb.

Bəyanatda vurğulanıb ki, ABŞ və Çin arasında mövcud rəqabətə baxmayaraq hər iki ölkə Tayvan probleminin münaqişə və ya müharibəyə çevrilməsinin qarşısını almalıdır.

Tərəflər qlobal və regional məsələlərlə bağlı səmimi və konstruktiv müzakirə aparıblar.

ABŞ və Çin rəsmiləri Ukrayna və Yaxın Şərq böhranını, Cənubi Çin dənizi məsələsini, eləcə də KXDR-dəki vəziyyəti müzakirə ediblər.

Tərəflər Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: