b3047e24 077d 3e84 91d4 43258228e326 850

Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Globalinfo.az-a AYNA-dan bildirilib.

Monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin olunur.

Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olur.

Paylaş: