turkiye sehid 8

Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha bir hərbçisi şəhid olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da şəhid hərbçilərin sayı doqquza çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən şəhid olan hərbçilər barədə məlumatı təqdim edir:

Şəhid əsgər Müslüm Özdəmir

dsz

Şəhid olan əsgər Müslüm Özdəmir Kahramanmaraşda anadan olub. Subay idi.

Şəhid zabit Serkan Sayın

dsazs(1)

Şəhid Serkan Sayın Adıyamanda anadan olub. 27 yaşlı subay şəhid ailənin 6 övladından biridir. Böyük qardaşı Murat Sayın da Türkiyə Silahlı Qüvvələrinin zabitidir.

Şəhid leytenant Gökhan Delen

azazs

Şəhid Gökhan Delen Aksarayda anadan olub. Ailənin 4 övladından biri olan şəhid subay idi.

Şəhid əsgər Emrullah Gülmez

dasq

Əsgər Emrullah Gülmez Kahramanmaraşın ikinci şəhididir. Subay idi.

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün bölgədə 15 terrorçu zərərsizləşdirilib. Hazırda əməliyyatlar davam edir.

***00:50

Türkiyə ordusunun yaralanan hərbçilərindən biri şəhid olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 8 hərbçi yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə,yaralı hərbçilərdən 3-nün vəziyyəti ağırdır.

Cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

30VKFQBOwEO5ht VbHzukg nK 1BbJYj0WvM9tUiEUBXA z5sqReJL2U2wSMBG28aARA 2 pOTbvyIEOvPgRPwUD8mQ

Paylaş: