Türkiyə lirəsi (TL) xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir.
Globalinfo.az xəbər verir ki, Türkiyədə dollar yanvarın 11-də 30,01 TL, avro isə 33,08 TL səviyyəsini test edib. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 3,5%, son 6 ayda isə 15% bahalaşıb. Avroda isə müvafiq olaraq 5,8% və 15% bahalaşma müşahidə edilib.
Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 11-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0567 manata ticarət edilir.