Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti çərçivəsində növbəti görüş yanvarın sonunda baş tuta bilər.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev qeyd edib ki, bu görüşlər keçirilməsi müsbət qarşılanmalıdır:
Ramiz Alıyev
“Üçüncü ölkənin iştirakı olmadan görüşlərin keçirilməsi yaxşı haldır. Azərbaycan dəfələrlə qeyd edib ki, proseslər qarşılıqlı formada reallaşmalıdır. Çünki kənardan təzyiqlərin edilməsi gələcəkdə baş verəcək problemlərin təməlini qoyacaq.
Noyabr ayının 30-da da bu qəbildən görüş keçirilmişdi. Həmin görüşdə mühüm qərarların verildiyinin şahidi olduq. Sülh müqaviləsinin tezliklə imzalanması gözləniləndir. Ermənistana təzyiq göstərən Qərb bu cür görüşlərin keçirilməsinə müsbət yanaşmır, xüsusən Fransanın görüşlərdə iştirakına çalışır. Lakin ikitərəfli görüşlər bizim maraqlarımıza daha çox uyğundur”.
Safura Bənnayeva
Globalinfo.az