b8d6419b 2ec1 3b4a 9475 312a38a9d86b 850

Qətərdə ev sahibləri ilə Ekvador millisi arasında keçirilmiş dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub.

Globalinfo.az Report-a istinadən bildirir ki, bu ada Cənubi Amerika təmsilçisinin hücumçusu Enner Valensiya layiq görülüb.

Türkiyənin “Fənərbağça” klubunda çıxış edən forvard Qətərə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Onun 3-cü dəqiqədə vurduğu qol isə VAR sistemi tərəfindən ləğv olunub.

Qeyd edək ki, Ekvador millisi bu qələbə sayəsində qrupda ilk sıraya yüksəlib.

Paylaş: