Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçı başa çatıb.
Oyunda qalib müəyyənləşməyib.
Hərəyə bir qol vuran komandalar hərəyə bir xalla kifayətləniblər.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçında ikinci qol vurulub.
Qarşılşmanın 81-ci dəqiqəsində Qaret Beyl penalti zərbəsi ilə hesabı bərabərləşdirib.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçında ikinci hissə başlayıb.
Qarşılaşmanın ilk hissəsini ABŞ millisi öndə bitirib – 1:0.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçında ilk hissə başa çatıb.
Qarşılaşmanın ilk hissəsini ABŞ millisi öndə bitirib – 1:0.
***
Matçın 36-cı dəqiqəsində Timoti Vea fərqlənib.
ABŞ yığması hesabda öndədir – 1:0
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçı start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:
ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent
Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.