Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimi” adlı tədbirin keçirilməsi üçün 3 min ton ərik arağı alması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, agentlik tədbir üçün elan olunan tenderlə bağlı məlumatların yanlış anlaşılmaya səbəb olduğunu qeyd edib:
“Dövlət Turizm Agentliyi olaraq bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub”.