3c50c4301d4cf7e0dfa516dca6f019ca 2872690

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi

44f7e3fae9fda6e6c3efa0db4ad9e820 6072129 11703080923 bc340a3db1980a4e0669cd3b695efaf01703080922 58421ac3445fd77f46b8d74fdee0098a1703080919 1ff5f74d4f020802280284ff9cf8774b

Paylaş: