“SSRİ dağılandan sonra Qərb Rusiya Federasiyasını məhv etməyin mümkün olacağına inanırdı”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Onlar düşündülər ki, bir az səbirli olsalar, Rusiyanı tamamilə çökdürəcəklər. Avropa standartlarına görə, belə böyük ölkə – dünyanın ən böyük ərazisi və kifayət qədər çox əhalisi olan dövlət ümumiyyətlə lazım deyil”, – Putin bildirib.
Safura Bənnayeva
Globalinfo.az














