Ermənistanda Vazgen Sərkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə vətəndaşlar arasında dava olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın mediası məlumat yayıb.
Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, bıçaqla baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır xəsarətlər yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb,lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.