1694165885 1673624907 411544254 0 0 2000 1125 1920x0 80 0 0 cd45607f9dea697aa4d6fae4c874e10b

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Paylaş: