“İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatları ən azı iki ay davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O, ərazidəki girovların azad edilməsi üçün razılaşdırılan atəşkəs müddətinin qısa olacağını bildirib:
“Atəşkəs qısa çəkəcək, daha sonra gərgin döyüşlər olacaq. Əsasən girovlarımızın geri qaytarılması üçün təzyiq göstərəcəyik. Hələ qarşıda iki aylıq döyüşlər gözlənilir. Məqsədimiz eynidir, HƏMAS-ı hərbi struktur və hökumət kimi tamamilə məhv etmək. Onlar yalnız güc dilindən anlayır”.
Əliyar Xəlil
Globalinfo.az