Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər telefon danışığında siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Rusiya və İranın müvafiq departamentləri arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəlinib”, – deyə məlumatda bildirilir.