Fransa sülh danışıqlarına mane olur – Kanada səfiri

Fransa sülh danışıqlarına mane olur - Kanada səfiri

“Azərbaycana qarşı sanksiyalar, cəza tədbirləri Ermənistanla sülh razılaşmasının əldə edilməsi istiqamətindəki səyləri sarsıda bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Kanadanın Ermənistana yeni təyin olunmuş səfiri Endryu Törner deyib.

“Hazırda sanksiyaların tətbiqi davam edən sülh prosesinə zərbə vura bilər. Biz heç kimin sanksiya yoluna əl atdığını görmürük. Lakin Fransadan hərbi dəstəyin mümkünlüyünə dair bəyanatlar eşidirik. Bu, Azərbaycanı sülh prosesinə töfhə verilməsi üçün planlaşdırılan beynəlxalq görüşlər və müzakirələrdən geri çəkilməyə vadar edir”, – Kanada səfiri bildirib.

Ayşən Mustafa
Globalinfo.az