9c308610 0cba 3af8 8f82 d10096367bc2 850

“Oktyabrın 12-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında mətbuatın açıq hissəsində keçirilən görüşündə maraqlı detal diqqətimi cəlb edib”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri prezidentlərin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

O, diqqətçəkən məqamın Vladimir Putini  çıxışına Qarabağ mövzusuyla başlaması olduğunu bildirib:

“Vladimir Putin çıxışına Qarabağ mövzusuyla başladı: “Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir””.

Politoloq vurğulayıb ki, İlham Əliyev isə çıxışında Qarabağ mövzusuna toxunmadı:

“Qarabağ ətrafındakı vəziyyət niyə bir nömrəli məsələ olmalıdır? Məsələ bitib. Təsadüfi deyil ki, İlham Əliyev çıxışında Qarabağ mövzusuna toxunmadı. Azərbaycan dövlət başçısı rusiyalı həmkarına “bizim danışmağa mövzularımız çoxdur” deyərkən, bu sırada əmtəə dövriyyəsini, sənaye kooperasiyasını, nəqliyyat sahəsində əməkdaşlıq mövzularını misal çəkdi. Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin Qarabağdan çıxma tarixinin müəyyənləşdirilməsi”.

Paylaş: