Ərdoğandan sonra hakimiyyətə Bayraktar gələcək? – Özü açıqladı

Ərdoğandan sonra hakimiyyətə Bayraktar gələcək? - Özü açıqladı

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” PUA-sının yaradıcısı Selçuk Bayraktar gələcəkdə siyasətə qoşulacağına dair iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, o, TEKNOFEST-də jurnalistin “siyasətə qoşulacaqsınızmı” sualına belə cavab verib:

“Heç vaxt siyasətə qoşulmaq və ya prezident olmaq kimi bir xəyal qurmamışam. Biz milli-texnoloji inkişaf idealını reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq. Bu yolda nə tələb olunarsa, onu edəcəyik”, – o bildirib.

Qeyd edək ki, S.Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Onun siyasətə qoşulacağı və gələcəkdə Türkiyə prezidentliyinə namizədliyinin irəli sürüləcəyi iddia edilirdi.

Ayşən Mustafa
Globalinfo.az