Paris

Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə xaricdən planlaşdırılan terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib.

Globalinfo.az Axar.az  -a istinadən xəbər verir ki, o, bu hücumların 2015-ci ilin noyabrında Parisdəki hücumlara bənzəyəcəyini ehtimal edib.

“Biz özümüzü yenidən ortaya çıxan mümkün proqnozlaşdırılan təhlükədən sığortalayırıq, çünki bir sıra səbəblərə görə amerikalılar və fransızlar Sahele, Levant, Əfqanıstanda mövcudluğunu azaldıblar”,- o bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Parisin bir sıra kütləvi məkanlarında xeyli insanın ölümü ilə nəticələnən silsilə terror aktları törədilmişdi.

Paylaş: