andrej

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xbərə görə, xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, elecə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyətini vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub, Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.

Görüşdə tərəflər həmçinin post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Ceyhun Bayramov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə görüşüb

***15:05

Sentyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.

Tərəflər, Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıb. Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.

Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb. Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükədizliyə təhdid yaratdığı bildirilib.

Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.

Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

***14:49

6 sentyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

***13:03

Xorvatiyanın Baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

Xorvatiya Baş naziri Ceyhun Bayramovu qəbul edib

Paylaş: