Bu il 46 500 şəxsə əlillik təyin edilib

Bu il 46 500 şəxsə əlillik təyin edilib

Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, son 9 ay ərzində ümumilikdə 46 500 şəxsə əlillik təyin edilib: “Onlardan 15 mindən çoxu ilkin, 31 mindən çoxu isə təkrar əlillik alanlardır”.