Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ukraynada əsirlikdə saxlanılan 107 Rusiya hərbçisi azad olunub.
Azad olunmuş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya göndəriləcəklər.
Rusiyanın da Ukrayna tərəfinə 107 hərbçini qaytardığı bildirilir.