Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun çavuşu Taner Torun da bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib və şəhid olub”, – məlumatda qeyd edilib.
***10:48
İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“25 avqust 2023-cü il tarixində “Pençe-Kilit” əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə Şimali İraqda “Pençe-Kilit” əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. PKK ilə münaqişə 1984-cü ildən davam edir.